Səməd Bəşirli: "Azərbaycanda qlobal iqtisadi çağırışlara adekvat yanaşılır"

Səməd Bəşirli: "Azərbaycanda qlobal iqtisadi çağırışlara adekvat yanaşılır" Azərbaycanda qlobal iqtisadi çağırışlara və yeni inkişaf tələblərinə adekvat yanaşma nümayiş etdirilir.
Biznes
4 Oktyabr , 2024 10:39
Səməd Bəşirli: Azərbaycanda qlobal iqtisadi çağırışlara adekvat yanaşılır
Səməd Bəşirli

Azərbaycanda qlobal iqtisadi çağırışlara və yeni inkişaf tələblərinə adekvat yanaşma nümayiş etdirilir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.

"Dünyada müşahidə olunan mənfi iqlim trendlərinin yaratdığı fəsadlar, sürətlə dəyişən texnoloji innovasiyaların yaratdığı imkanlar milli iqtisadiyyatlar qarşısında yeni çağırış və perspektivlər müəyyən edir. Daha dayanıqlı və çevik iqtisadi modellərə keçid üzrə yeni tələblər formalaşır, bu tələblərə uyğun islahatların həyata keçirilməsi, innovasiyalara və "yaşıl texnologiya"lara investisiyaların yatırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi zərurətə çevrilir. Ölkəmizdə qeyri-neft sektoru şaxələndirilir, yeni sənaye və istehsal sahələri yaradılır, insan kapitalı inkişaf etdirilir və rəqəmsal iqtisadiyyatın tətbiqi genişləndirilir", - deyə o qeyd edib.

"Yeni nəsil iqtisadiyyatın tələbləri nəzərə alınmaqla Prezident İlham Əliyev 2030-cu ilə qədər ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet müəyyənləşdirib: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Milli Prioritetlər Azərbaycanı təmiz ətraf mühit və yaşıl artım ölkəsinə, innovasiyalar məkanına çevirmək və dayanıqlı iqtisadi artıma nail olmaqda önəmlidir", - deyə nazir müavini əlavə edib.

"Milli Prioritetlərə uyğun olaraq, hazırda "2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası gerçəkləşdirilir. Sənədə əsasən ölkədə rəqəmsal iqtisadiyyat strategiyasının qəbulu istiqamətində işlər görülür. Strategiya biznes, cəmiyyət və dövlət aspektlərini əsas tutaraq iqtisadiyyatın bütün sahələrinin transformasiyasını hədəfləyir. Məqsəd rəqəmsal iqtisadiyyat sahəsində Azərbaycanın mövqeyini regionda və beynəlxalq məkanda gücləndirməkdir", - deyə o vurğulayıb.

"Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək yolu” layihəsi üzrə işlər davam etdirilir. Bu, Xəzərin dibi ilə Qərbdən Şərqə fiber-optik rabitə xəttinin çəkilişini nəzərdə tutur və rəqəmsallaşmanın nəticələrindən qlobal səviyyədə bərabər faydalanmağa imkan verən önəmli layihədir. Azərbaycan Şərq və Qərb, Şimal və Cənub arasındakı əlverişli mövqeyinə görə tranzit layihələrin həyata keçirilməsində böyük təcrübəyə malikdir", - deyə S.Bəşirli deyib.

Son xəbərlər

Orphus sistemi