Səfir: "Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu üçüncü ölkələrdə maraqlı layihələri maliyyələşdirə bilər"

Səfir: "Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu üçüncü ölkələrdə maraqlı layihələri maliyyələşdirə bilər" "Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu gün səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.
Biznes
25 İyul , 2024 11:52
Səfir: Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu üçüncü ölkələrdə maraqlı layihələri maliyyələşdirə bilər

Azərbaycan və Qazaxıstan birgə investisiya fondu vasitəsilə təkcə iki ölkənin ərazisində deyil, həm də üçüncü ölkələrdə də ən maraqlı layihələrin həyata keçirilməsində iştirak edəcəklər.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu gün səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.

"Eyni zamanda, biz bu fondun kiçik və orta biznesimizə də dəstək verməsini istəyirik”, - A.Bayel deyərək, xatırladıb ki, Azərbaycan və Qazaxıstan bu yaxınlarda 300 milyon ABŞ dollarlıq ikitərəfli investisiya fondu yaradıb.

Səfir son illər ərzində ölkələr arasında əməkdaşlıq dinamikasının əhəmiyyətli dərəcədə artdığını, Qazaxıstanla Azərbaycanın strateji tərəfdaş olduğunu qeyd edib.

"Qazaxıstan və Azərbaycan regional inteqrasiya və kommunikasiyanın lokomotivləridir. Qazaxıstan və Azərbaycan nəinki özləri, həm də bütün region üçün əhəmiyyət kəsb edən iri strateji layihələri birgə inkişaf etdirir”, - diplomat əlavə edib.

Son xəbərlər

Orphus sistemi