Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsində yoxlamalar aparılmır"

Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsində yoxlamalar aparılmır" "Dövlət Gömrük Komitəsində hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır"
Biznes
278
4 Mart , 2021 12:03
Səfər Mehdiyev: Dövlət Gömrük Komitəsində yoxlamalar aparılmır
Səfər Mehdiyev
0 : 00
0 : 00

"Dövlət Gömrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır".

“Report”un məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

"DGK bu xəbərə sadəcə üzülüb. Bu cür yanlış məlumatları yayıb, komitənin fəaliyyətini gözdən salmaq istəyən insan və qüvvələr var. Bu, hansısa qüvvələrin və özünü “ekspert” adlandıran şəxslərin oyunudur. Biz tarladan pambıq toplamırıq ki, kəsirimiz olsun. Son 3 il ərzində 2 milyard manat əlavə vəsait büdcəyə toplanıb. Bu, cənab prezidentin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurları görməyənlər kordur və ictimaiyyətə bu cür yalanların səviyyəsinə enmək fikrimiz yoxdur”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi