Şahin Bağırov Sumqayıtda vətəndaşları qəbul edib

Şahin Bağırov Sumqayıtda vətəndaşları qəbul edib Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib
Biznes
22 Fevral , 2024 17:48
Şahin Bağırov Sumqayıtda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi