Rusiya şirkəti SOCAR üçün texniki həllər təklif edir

Biznes
  • 18 noyabr, 2021
  • 08:48
Rusiya şirkəti SOCAR üçün texniki həllər təklif edir

Azərbaycanın yeni şirkətləri ilə əməkdaşlıq potensialı mövcuddur.

Bunu “Report”a “Varqaşinski yanğınsöndürmə texnikası və xüsusi avadanlıqlar zavodu” SC-nin Zavodun təşviqi məsələləri üzrə kommersiya direktorunun müavini Artyom Kazakov deyib.

“Əməkdaşlığın planlaşdırıldığı şirkətlər “Rusiya İxrac Mərkəzi”nin (RİM) təşkil etdiyi biznes missiyasının hazırlıq mərhələsində müəyyən edildi”, - o bildirib.

Onun sözlərinə görə, hazırda şirkətlə Azərbaycanın Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında mümkün əməkdaşlığın müzakirəsi aparılır: “SOCAR ilə biz yeni tanış olmuşuq. Onlar yanğınsöndürmə texnikası almırlar. Bizdə onların qarşısında duran vəzifələri icra etmək üçün texniki həllər var”.

"Şirkət artıq Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əməkdaşlıq edir. FHN hər il texnika alır. Pandemiya səbəbindən vəziyyət bir qədər dəyişdi, lakin bunun aradan qaldırılması istiqamətində iş aparılır”, - A.Kazakov fikrini tamamlayıb.

44 filmi