Rus bankir Azərbaycandakı şirkətinin nizamnamə kapitalını kəskin azaldır

Biznes
  • 21 oktyabr, 2021
  • 11:32
Rus bankir Azərbaycandakı şirkətinin nizamnamə kapitalını kəskin azaldır

"Estelle" MMC nizamnamə kapitalını 3,25 milyon manat və yaxud 10,3 dəfə azaldaraq 3,6 milyon manatdan 350 min manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Estelle" 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Marina Kulişova Valeryevnadır. O, həm də "Yelo Bank" ASC-nin Müşahidə Şurasının sədridir, Bankın səhmlərinin 3,9%-nə nəzarət edir, eləcə də Bankın 96%-lik əsas səhmdarı - "Topaz İnvestments Limited" QSC-nin direktorudur.