Peru Azərbaycana düyü ixracını bərpa edib
- 24 may, 2022
- 12:54
2022-ci ilin ilk 3 ayında Azərbaycan xaricdən 13,11 milyon ABŞ dolları dəyərində 16 min 018 ton düyü alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,2 %, kəmiyyət olaraq – 3 % artıb.
Hesabat dövründə Hindistandan 10,661 milyon ABŞ dolları dəyərində 11 min 704 ton, Rusiyadan 1,362 milyon ABŞ dolları dəyərində 2 min 545 ton, Qazaxıstandan 597,81 min ABŞ dolları dəyərində 1 min 184 ton, Pakistandan 272,31 min ABŞ dolları dəyərində 315,1 ton, Tailanddan 167,18 min ABŞ dolları dəyərində 221,73 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Hindistandan idxal müvafiq olaraq 34,3 % və 16 % artıb, Rusiyadan – 44,4 % və 39 % artıb, Qazaxıstandan – 50 % və 56 % azalıb, Pakistandan – 57,7 % və 51,8 % azalıb, Tailanddan – 25,5 % və 10 % artıb.
Bir il 3 aylıq fasilənin ardından Perudan tədarük bərpa edilib. Bu ölkədən 0,05 min ABŞ dolları dəyərində 0,02 ton məhsul gətirilib.