Paytaxtda ödənişli xidmətlərin dəyəri 7 % artıb
- 30 noyabr, 2022
- 06:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,8 % artaraq 4 milyard 210,1 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 897,7 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 92,6 %-ini təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 % artaraq 7 milyard 226,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 511,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 %-ini təşkil edib.