“PAŞA Holdinq” ötən il işçilərinin sayını 74% artırıb
- 22 aprel, 2022
- 05:25
Bu il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin 16 560 işçisi olub.
"Report" şirkətlər qrupuna istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 74,3% çoxdur.
"PAŞA Holdinq" 2021-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini də açıqlayıb. Hesabat dövründə şirkətlər qrupunun aktivləri 17,4% artaraq 15,5 milyard manat, o cümlədən öhdəlikləri öhdəlikləri təxminən 25 % artaraq 13,25 milyard manat, balans kapitalı isə 13,5 % azalaraq 2,25 milyard manat olub.
Ötən il "PAŞA Holdinq" ötən il 1,7 milyard manat gəlir əldə edib. Bu, əvvəlki ilə nisbətən 6,3% çoxdur.
İl ərzində şirkətlər qrupu bank sektorundakı payını (aktivlər üzrə) 33%-dən 34,1%-ə çatdırıb.
Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Şirkətlər qrupu Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - əsasən, maliyyə, tikinti və turizm sahələrində bir sıra müəssisələrə malikdir.