Ötən il Azərbaycan Ukraynadan 1 milyon dollardan artıq pendir alıb

Biznes
  • 11 yanvar, 2022
  • 08:07
Ötən il Azərbaycan Ukraynadan 1 milyon dollardan artıq pendir alıb

2021-ci il ərzində Azərbaycan Ukraynadan 1,1 milyon ABŞ dolları dəyərində pendir idxal edib.

Bu barədə “Report” Ukraynanın “Agronews” portalına istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə ötən il ərzində Ukrayna xarici ölkələrə 6,9 min ton pendir ixrac edib. Bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 8,5 % çoxdur.

Ötən il pendir ixracından Ukrayna dəyər ifadəsində 26,7 milyon ABŞ dolları əldə edib. Bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 9,1 % çoxdur.

Ukrayna pendirinin əsas alıcıları Qazaxıstan və Moldova olub. Belə ki, 2021-ci ildə Qazaxıstan Ukraynadan 12,6 milyon ABŞ dolları, Moldova isə 9,4 milyon ABŞ dolları dəyərində pendir idxal edib. Azərbaycan əsas idxalçılar siyahısında üçüncü olub.

Bununla bərabər, 2021-ci ildə Ukrayna ölkəyə 55,2 min ton pendir idxal edib. Bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 18 % çoxdur.

Ötən il Ukrayna pendir idxalına 260,3 milyon ABŞ dolları sərf edib ki, bu da daha əvvəlki ilin dövrü ilə müqayisədə 23,7 % çoxdur. Ukraynaya pendirlər əsasən Polşa, Almaniya, Niderlandlardan gətirilib. Belə ki, 2021-ci il ərzində ölkəyə Polşadan 100,3 milyon ABŞ dolları, Almaniyadan 52,7 milyon ABŞ dolları, Niderlandlardan isə 27 milyon ABŞ dolları dəyəriondə pender idxal edilib.

44 filmi