Ötən ay Bakıda kommersiya obyektləri ucuzlaşıb

Biznes
  • 09 dekabr, 2021
  • 07:21
Ötən ay Bakıda kommersiya obyektləri ucuzlaşıb

Bu il noyabr ayında paytaxtın kommersiya obyektləri bazarında satışlar oktyabr ayı ilə müqayisədə 3,83 % ucuzlaşıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 16,67 % bahalaşıb.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, ticarət məqsədli kommersiya obyektlərinin satış qiymətində ay ərzində 10,97 % azalma, il ərzində 28,11 % artım, boş yerlərin satış qiymətində ay ərzində 2,59 % azalma, il ərzində 1,95 % artım, xidmət sahələri üçün olan obyektlərin satış qiymətində ay ərzində 15,19 %, il ərzində 27,19 % azalma qeydə alınıb.

"Bununla yanaşı, ofis məqsədli obyektlərin satış qiymətində ay ərzində 2,05 % azalma, il ərzində 0,54 % artım, zirzəmi və y/zirzəmi formasında olan obyektlərin satış qiymətində ay ərzində 12,36 %, il ərzində 16,07 % artım, anbar məqsədli obyektlərin satış qiymətində ay ərzində 1,03 %, il ərzində 15,04 % artım olub. İstehsal sahələri üçün nəzərdə tutulan obyektlərin satış qiyməti isə ay ərzində stabil qalıb, il ərzində 22,72 % bahalaşıb", - N. İbrahimov bildirib.

Obyektlərin icarə qiymətləri isə ay ərzində 11,25 % (orta qiymət, manat/kv.m), il ərzində isə 16,57 % artıb.

44 filmi