Orxan Nəzərli: "Azərbaycanda biznesin vergi əməletməsinə sərf etdiyi vaxt azaldılacaq"

Orxan Nəzərli: "Azərbaycanda biznesin vergi əməletməsinə sərf etdiyi vaxt azaldılacaq" Azərbaycanda qarşıdakı dövrdə vergi inzibatçılığında yeni çağırışlara uyğun olaraq rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Biznes
15 Fevral , 2024 11:15
Orxan Nəzərli: Azərbaycanda biznesin vergi əməletməsinə sərf etdiyi vaxt azaldılacaq

Azərbaycanda qarşıdakı dövrdə vergi inzibatçılığında yeni çağırışlara uyğun olaraq rəqəmsal platformaların təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" Forumunda deyib.

"Burada əsas xətt vergi qanunvericiliyindəki dəyişiklikləri qəbul edə bilən yeni administrativ xidmətlər yaratmaq, rəqəmsallaşma səviyyəsinin dərinləşdirilməsinə nail olmaqdır", - deyə O.Nəzərli qeyd edib.

O bildirib ki, Dövlət Vergi Xidməti vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılması üzərində də işləyir:

"Vergi inzibatçılığının rəqəmsallaşma hesabına sadələşdirilməsi, vergi məlumatların əlçatanlığının və keyfiyyətinin artırılması nəticəsində biznesin vergi əməletməsinə sərf etdiyi vaxtın azaldılması və süni intellekt modulları əsasında informasiya sistemlərinin qurulması imkanları əsas hədəf istiqamətlərindən olacaqdır".

Son xəbərlər

Orphus sistemi