Nazir: "Türkdilli dövlətlər ticarət əlaqələrini genişləndirməlidir"

Nazir: "Türkdilli dövlətlər ticarət əlaqələrini genişləndirməlidir" Bakıda Türkdilli Dövlətlərin Əməkdaşkıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin toplantısı keçirilir
Biznes
21 Dekabr , 2016 13:01
Nazir: Türkdilli dövlətlər ticarət əlaqələrini genişləndirməlidir

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türk Şurasının üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib.

"Report"un xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşündə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, bunun 1,2 mlrd. dolları idxalın, 900 mln. dolları isə ixracın payına düşür: "Ümumilikdə, Azərbaycanın Türkiyəyə qoyduğu investisiyaların ümumi həcmi 8 mlrd. dollar təşkil edir. Bunun böyük məbləği Azərbaycanın Türkiyədə inşa etdiyi "STAR" neft emalı zavodunun tikintisinə yatırılıb. 2020-ci ilə qədər Azərbaycanın qardaş ölkəyə yatıracağı investisiyaların həcmi 18-20 mlrd. dollar təşkil edəcək. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 10 mlrd. dollar təşkil edir ki, bunun da 2 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yatırılıb". 

"Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi isə 190 mln. dollar təşkil edib. Bu ticarət əlaqələrinin əsas kapitalı Aktau dəniz limanının yaradılmasıdır. Qazaxıstan isə Azərbaycana 67 mln. dollar investisiya qoyub. Azərbaycan və Qırğızıstan arasında investisiya əməkdaşlığını inkişaf etdirmək üçün imkanlar genişdir. Ümumilikdə Türk Şurası ölkələrinin Azərbaycanda 2700-dən çox şirkəti fəaliyyət göstərir", - deyə nazir əlavə edib.

Ş.Mustafayevin sözlərinə görə, son dövrdə türkdilli dövlətlər arasında ixrac-idxal əməliyyatları çox azalıb: "Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan bir-biri ilə idxal-ixrac əməliyyatlarını artırmalıdır. Bu gün tədbirdə iştirak edən dövlətlər arasında siyasi, iqtisadi və ticarət əlaqələri inkişaf edib. Ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün daha böyük imkanlalara malikdir. Bu səbəbdən ölkələr arasında ticarət əlaqələrini genişləndirməyi təklif edirəm. Bu ölkələr istehsal etdiyi məhsulları bir-birinə ixrac etməklə öz ticarət dövriyyəsini artırmalıdır. Azərbaycan bu ölkələrə çay, pambıq, bir çox kənd təsərrüfatı və digər məhsulları ixrac edə bilər”.

Nazir bildirib ki, ölkələr arasında tranzit potensialı da artırılmalıdır: "Ölkələr arasında qarşılıqlı turizmi təşviq edib daha da inkişaf etdirmək üçün böyük potensial var. Birgə turizm şirkətlərinin yaradılması üçün əlverişli şərait var. Ölkələrimiz arasında iqtisadi əlaqələr bir çox sahələrdə çoxşaxəli davam etdirilir. Bugünkü görüş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi