Nazir: "Qarşımızda duran əsas məsələ özəl sektorun Qarabağa ayaq açmasıdır"

Nazir: "Qarşımızda duran əsas məsələ özəl sektorun Qarabağa ayaq açmasıdır" Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və özəl sektorun Qarabağa ayaq açması ilə bağlıdır.
Biznes
25 Aprel , 2023 11:39
Nazir: Qarşımızda duran əsas məsələ özəl sektorun Qarabağa ayaq açmasıdır
Mikayıl Cabbarov

Yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və özəl sektorun Qarabağa ayaq açması ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video-müraciətində bildirib.

"Bu proses bizim vətəndaşlarımızın böyük qayıdışı ilə üst-üstə düşür. Bir sıra rayon və şəhərlərin baş planları artıq təsdiq edilib, baza infrastrukturun yaradılması istiqamətində işlər tam gücü ilə davam etdirilir. Eyni zamanda, sahibkarlarımızı və investorları Qarabağa investisiya yatırmağa və biznes qurmağa bir daha dəvət edirəm. Dövlət bu məqsədlə zəruri dəstəyi təmin edir və bundan sonra da edəcək. “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında sahibkarlar üçün əlverişli şərait yaradılıb. İşğaldan azad olunan ərazilərimiz üçün vergi güzəştləri təsdiq olunub. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayələrin cəlbinə, sahibkarlığın inkişafına və əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək. Bütün bunlar bir daha göstərir ki, dövlət daim sahibkarın yanındadır və biz nəticəyönümlü tədbirlər, effektli dəstək və güzəşt mexanizmləri ilə özəl sektorun davamlı və etibarlı inkişafına nail oluruq", - deyə o qeyd edib.

Nazir deyib ki,qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilər böyükdür: "Çünki sahibkarlar dövlətin sütunudur. Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var. Onlara təşəkkür edirik. Ümumilikdə, sahibkarlarımız daha fəal təşəbbüslər göstərmək və investisiya yatırmaqla yanaşı, dövlətin artan dəstəyi fonunda fəaliyyətini korporativ sosial məsuliyyətə uyğun qurmalı, şəffaflıq prinsiplərinə daim sadiq qalmalıdır".

Son xəbərlər

Orphus sistemi