Nazir: "Banklar vasitəsilə sahibkarlara daha çox maliyyə çatdırılacaq"

Nazir: "Banklar vasitəsilə sahibkarlara daha çox maliyyə çatdırılacaq" İqtisadiyyat Naİrliyinin tabeliyində Biznesin İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə fəaliyyəti nəticəsində yeni proqramlar, yeni alətlər və məhsullar tətbiq ediləcək.
Biznes
26 İyul , 2022 00:52
Nazir: Banklar vasitəsilə sahibkarlara daha çox maliyyə çatdırılacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində Biznesin İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə fəaliyyəti nəticəsində yeni proqramlar, yeni alətlər və məhsullar tətbiq ediləcək.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Nəticədə kommersiya bankları vasitəsi ilə sahibkarlara daha çox maliyyə çatdırılacaq", - nazir qeyd edib.

M.Cabbarov xatırladıb ki, Azərbaycanda sahibkarlığın dəstəklənməsi üçün hazırda bəzi proqramları başa çatdırılır.

Onun sözlərinə görə, qadın sahibkarlığının inkişafına yönəldilmiş məqsədli proqramlar, işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlarımız üçün kiçik biznesin başlaması üçün proqramlar icra edilir: "Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı ilə birlikdə uzun müddətdir özünəməşğulluq proqramı həyata keçirir.

Biznesin İnkişafı Fondunun kreditlərinin böyük əksəriyyəti kiçik və orta biznesə yönəldilib".

Son xəbərlər

Orphus sistemi