Nazir: "Azərbaycanda təqribən 5 ildə 340 mindən çox əmək müqaviləsi bağlanıb"

Nazir: "Azərbaycanda təqribən 5 ildə 340 mindən çox əmək müqaviləsi bağlanıb" Azərbaycanda son 4 il 9 ay müddətində 340 mindən çox əmək müqaviləsi bağlanılıb.
Biznes
2 Noyabr , 2023 13:00
Nazir: Azərbaycanda təqribən 5 ildə 340 mindən çox əmək müqaviləsi bağlanıb

Azərbaycanda son 4 il 9 ay müddətində 340 mindən çox əmək müqaviləsi bağlanılıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı bildirib.

"Bu o deməkdir ki, pandemiya dövrü də daxil olmaqla ildə orta hesabla 75 min yeni iş yeri yaradırıq. Mütləq rəqəmlərlə ilk dəfə olaraq qeyri neft-qaz sektorunun özəl bölməsində bağlanan əmək müqavilələrinin ümumi əmək müqavilələrində payı 50 %-dən çoxdur. Cari ildə özəl sektorda bağlanan müqavilələrin sayı dövlət sektorunda bağlanan müqavilələri üstələyib. Son tarixə bu rəqəm 42 mindən çox təşkil edib" , - deyə nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, kəmiyyətdən çox keyfiyyətə diqqət yetirməliyik: "Lakin biz yalnız iş yerlərinin sayına deyil keyfiyyətinə də diqqət etməliyik".

Son xəbərlər

Orphus sistemi