Naxçıvanın İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsi gücləndiriləcək

Naxçıvanın İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsi gücləndiriləcək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr müavini Anar İbrahimov yerli İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması və Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayı
Biznes
29 Fevral , 2024 15:55
Naxçıvanın İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsi gücləndiriləcək

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr müavini Anar İbrahimov yerli İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması və Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

"Report"un yerli bürosu xəbər verir ki, fərmanda deyilir:

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (Sahibkarlığın İnkişafı Fondu istisna olmaqla), Nazirliyin təsisçisi olduğu hüquqi şəxslərin (gəlirləri saxlanma xərclərindən az olan hüquqi şəxslər istisna olmaqla) fəaliyyəti ilə əlaqədar (o cümlədən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) əldə edilən vəsaitin (dövlət rüsumu istisna olmaqla) sərəncamda qalan hissəsinin 50 %-i, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 %-i (Fondun saxlanması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 %-dən daha çox hissəsini təşkil etdikdə isə Fondun saxlanma xərclərinə ayrılan hissəsi istisna olmaqla qalan vəsait) Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada istifadə olunsun.

Həmin vəsaitin 93 %-i İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını yaxşılaşdırmaq, Aparatının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, habelə dövlət və ictimai məqsədli məsələlərlə əlaqədar həmin Nazirliyin hesabına, 7 %-i isə muxtar respublikasının büdcəsinə köçürüləcək.

Naxçıvanın Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi isə fərmanın icrası ilə bağlı müvafiq tədbirlər görməlidir.

Son xəbərlər

Orphus sistemi