Naxçıvanda pərakəndə əmtəə dövriyyəsi 2 % artıb
- 24 oktyabr, 2022
- 07:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan MR-da pərakəndə əmtəə dövriyyəsinin dəyəri 1 milyard 345,3 milyon manat təşkil edib.
Bu barədə “Report”a yerli Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 % çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 553,1 milyon manatlıq, o cümlədən 20 milyard 014,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb.