Naxçıvanda 8 ayda vergi orqanlarına 1 100-dən çox müraciət daxil olub

Naxçıvanda 8 ayda vergi orqanlarına 1 100-dən çox müraciət daxil olub Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına 1 106 müraciət daxil olub.
Biznes
23 Sentyabr , 2024 12:19
Naxçıvanda 8 ayda vergi orqanlarına 1 100-dən çox müraciət daxil olub

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına 1 106 müraciət daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunun 91,8 %-i ərizələr, 8,1 %-i şikayətlər, qalan hissəsi isə müxtəlif təkliflər olub.

Hesabat dövründə müraciətlərin 99,4 %-nə baxılıb, 0,6 %-i icradadır. Baxılmış müraciətlərdən 95,6 %-i həll olunub, 2,5 %-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.

8 ay ərzində Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsləri ümumilikdə 73 vətəndaşın qəbulunu təşkil edib. Hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi