Mirziyoyev: Bakı və Daşkənd qarşısında sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur

Mirziyoyev: Bakı və Daşkənd qarşısında sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur Azərbaycan və Özbəkistan qarşısında ticarət dövriyyəsinin həcmini bir neçə dəfə artırmaq və sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur.
Biznes
23 Avqust , 2024 12:36
Mirziyoyev: Bakı və Daşkənd qarşısında sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur
Şavkat Mirziyoyev

Azərbaycan və Özbəkistan qarşısında ticarət dövriyyəsinin həcmini əhəmiyyətli dərəcədə artırmaq və sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur.

"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı bildirib.

“Gələn il biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Bu tarixə qədər ciddi nəticələr əldə etməliyik. Bununla əlaqədar əsas vəzifələr üzərində dayanacağam. Birincisi, bütün ili əhatə edən hərtərəfli gündəlik üzrə ritmik işin təmin edilməsi üçün intensiv siyasi təmas və mübadilə qrafiklərini hazırlamağı təklif edirəm.

Bundan əlavə, Xarici İşlər nazirliklərimiz tədbirlər proqramı hazırlayır. İkincisi, biz əməkdaşlığın 20 prioritet sahəsini əhatə edən kompleks proqramın qəbul edilməsi ilə bağlı razılığa gəlmişik. Qarşımızda ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılması və sənaye əməkdaşlığının yeni mərhələsinə keçidlə bağlı vəzifələr durur”, – o qeyd edib.

Ş.Mirziyoyev Azərbaycan Prezidenti ilə bugünkü görüş üçün dəyəri iki milyard dollardan çox olan perspektivli layihələr portfelinin hazırlandığını vurğulayıb.

“Bu gün biz biznes nümayəndələri ilə onların icrasını ətraflı müzakirə edəcəyik. Bundan əlavə, birgə investisiya fondu səmərəli şəkildə fəaliyyətə başlayıb. Əgər layihələr olarsa, biz bu fondu hər iki tərəfdən genişləndirəcəyik, çünki bu, biznesə çox yaxşı köməkdir”, - Özbəkistan Prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi