“Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində türkdilli dövlətlərinin şirkətləri iştirak etməyə böyük maraqları var. Bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəyi ölkəmiz tərəfindən yüksək qiymətləndirilir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərin bərpası layəhəsində təşəbbüslərin həyata keçirilməsində birgə iştirak ümumi gücümüzü artırmaqla yanaşı regional tərəfdaşlığı və sabitliyi daha da gücləndirməsinə inanırıq.
Nazir deyib ki, hazırkı mürəkkəb dövr davamlı inkişaf üçün əməkdaşlığın genişləndirilməsinin önəmini daha da artırır: “Fikrimizcə, müstəqilliklərin 30-cu il dönümünü qeyd edən türkdilli ölkələr inkişafın dayanıqlığı üçün tərəfdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirməlidir. Əminik ki, konfransımız türkdilli ölkələrin gələcəyə baxış konsepsiyasını müəyyən etməkdə əlverişli platforma olacaq”.