“Koronavirus pandemiyasına görə bu il Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) azalması gözlədiyimizdən az olacaq”.
"Report" xəbər verir ki, bunu Daşkəsəndə keçirdiyi qısa brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Əgər bu ilin may-iyun aylarında 4,5,-4,7% iqtisadi geriləmə gözlənilirdisə, artıq həmin rəqəmi 3,5-3,7% arasında gözləyirik. Bütün bu proqnozlar pandemiyanın II dalğasının olub-olmaması, olacağı təqdirdə nə dərəcədə sərt keçməsi, ən əsası vətəndaşlarımızın müvafiq qaydalara riayət edib-etməsi ilə birbaşa bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa sosial aktivliklə bağlıdır, bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz. Hər iki sahədə qəbul edilən addımların ahəngliyi və bir-biri ilə uzlaşması, icra edilməsi kimi tədbirləri nəzərdə tuturam", - deyə o, qeyd edib.
Nazir sahibkarlara müraciət edərək onları pandemiyanın yayılmasının qarşısını almaq üçün onları həyata keçirilən tədbirlərə ciddi yanaşmağa çağırıb: “Bunlar yalnız onların və digər vətəndaşların həyatına, sağlamlığına deyil, həmçinin bizneslərinin uğuruna və yaxud uğursuzluğuna təsir edən əsas amillərdir”.