Mikayıl Cabbarov: "ABŞ ilə əməkdaşlığın inkişafı üçün böyük perspektiv var"
- 05 avqust, 2025
- 14:43
Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini vurğuladıq", - deyə o qeyd edib.
Azərbaycan və ABŞ arasında #iqtisadi-ticarət, #enerji, #investisiya, #nəqliyyat-tranzit, #sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.#ABŞ-nin #Azərbaycan Respublikasındakı Səfirliyinin (@USEmbassyBaku) müvəqqəti işlər vəkili xanım Emi… pic.twitter.com/CqKrsKWhj3
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 5, 2025