Mərkəzi Gömrük Hospitalında infrastrukturun genişləndirilməsi müzakirə olunub

Mərkəzi Gömrük Hospitalında infrastrukturun genişləndirilməsi müzakirə olunub Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Türkiyənin "Florence Nightingale" xəstəxanalar qrupunun icraçı direktorunun müavini Sinan N. Aran ilə görüşüb.
Biznes
3 Noyabr , 2021 15:39
Mərkəzi Gömrük Hospitalında infrastrukturun genişləndirilməsi müzakirə olunub

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Türkiyənin "Florence Nightingale" xəstəxanalar qrupunun icraçı direktorunun müavini Sinan Nazif Aran ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə komitə sədri özü məlumat verib.

Onun sözlərinə görə, görüşdə Komitənin Tibbi xidmət idarəsi ilə "Florence Nightingale" arasında əməkdaşlığı, Mərkəzi Gömrük Hospitalında infrastrukturunun genişləndirilməsi məsələləri müzakirə olunub.

DGK-nın bununla bağlı yaydığı məlumatda isə deyilir ki, Komitə sədri son illər Azərbaycanda bütün sahələrdə əsaslı islahatların aparıldığını, həyata keçirilən tədbirlərin dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, ölkəmizlə yanaşı, regionun da iqtisadi potensialının güclənməsinə təkan verdiyini diqqətə çatdırıb, bu islahatların əhaliyə göstərilən tibbi xidmətlərin də kəmiyyət və keyfiyyət baxımından yüksəlməsinə şərait yaratdığını vurğulayıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın insanların sağlamlığının qorunmasına, ölkə vətəndaşlarının keyfiyyətli tibbi xidmətlə təmin olunmasına xüsusi önəm verdiklərini vurğulayan S.Mehdiyev Azərbaycanda yeni xəstəxanaların inşasını və ixtisaslı kadrların hazırlanmasını bu istiqamətdə atılan addımlar kimi dəyərləndirib. Ən müasir avadanlıqlarla təchiz edilən Mərkəzi Gömrük Hospitalının da ölkə səhiyyəsinə töhfə verdiyini bildirən Komitə sədri "Florence Nightingale" xəstəxanalar qrupu ilə əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.

S.N. Aran səmimi görüşə görə təşəkkür edib, Mərkəzi Gömrük Hospitalındakı şəraitdən məmnunluqla bəhs edib. O, bildirib ki, səmərəli və işgüzar əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artmasına, tibb sahəsindəki yeniliklərin və elmi biliklərin geniş şəkildə tətbiqinə şərait yaradacaq.

Görüşdə, həmçinin birgə əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalının infrastrukturunun genişləndirilməsi, yeni korpusun tikintisi ilə bağlı məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi