Məmməd Abbasbəyli: "Bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir"

Biznes
  • 22 iyun, 2023
  • 09:14
Məmməd Abbasbəyli: Bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir
Məmməd Abbasbəyli

Azərbaycanda dövlət satınalmaları ilə bağlı problemlərin həll olunması üçün bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsinin müzakirəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

"Dövlət təşkilatında vicdansız tender komissiyasının üzvü oturubsa, onu ifşa etmək çətin olur. Biz hər otağa kamera qoya bilmərik. Təşkilatlarda insanlar öz işini vicdanla yerinə yetirməyənə qədər problemlərin həlli yarımçıq olacaq", - deyə xidmət rəisi bildirib.