Macarıstan şirkəti Azərbaycanda tərəfdaş axtarır

Macarıstan şirkəti Azərbaycanda tərəfdaş axtarır Bakı. 25 oktyabr. REPORT.AZ/ Macarıstanın beton boruların və panellərin istehsalı ilə məşğul olan AGM Beton şirkəti Azərbaycanda potensial tərəfdaşlarla işgüzar əlaqələr qurmaq niyyətindədir.
Biznes
25 Oktyabr , 2018 12:46
Macarıstan şirkəti Azərbaycanda tərəfdaş axtarır
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Macarıstanın beton boruların və panellərin istehsalı ilə məşğul olan "AGM Beton" şirkəti Azərbaycanda potensial tərəfdaşlarla işgüzar əlaqələr qurmaq niyyətindədir.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. 

Məlumata görə, həmin məhsullar əsasən mülki mühəndislik inşaat işləri, kanalizasiya, tullantı sularının təmizbnməsi, çaysahili ərazilərdə yeraltı suların içməli suya çevrilməsi, su qüllələri və telekommunikasiyada ötürücü qüllələrin tikintisi, su anbarları, çoxfunksiyalı böyük zalların quraşdırılması (məsələn, idman sektorunda) və digər sahələrdə istifadə olunur.

Şirkət Macarıstan və digər Şərqi Avropa ölkələrində bir sıra layihələr həyata keçirib.

Son xəbərlər

Orphus sistemi