Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib
Biznes
- 18 mart, 2026
- 15:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
"Report" Komitəyə istinadən xəbər verir ki, "Qırmızı Körpü" gömrük postunda Türkiyədən gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10 449 konvalyut, 1 269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:50
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
Xarici siyasət
00:35
Foto
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Hadisə
00:26
Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6
Region
00:19
Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm
Digər ölkələr
00:05
Qarakənd faciəsindən 35 il ötür
Daxili siyasət
00:00
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət
23:56
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:50
Bəqai: İran 2003-cü ildə İraqa qarşı irəli sürülən ittihamlarla üz-üzə qalıb
Region
23:46
Foto
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
Hadisə