KƏŞ ölkələrinin sahibkarları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək

KƏŞ ölkələrinin sahibkarları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin iş adamları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək.
Biznes
26 Sentyabr , 2024 12:38
KƏŞ ölkələrinin sahibkarları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək
Şeyx Faisal Bin Abdulla Al-Ravas

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin iş adamları Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuranın Ticarət Palataları Federasiyasının (FGCCC) sədri Şeyx Faisal Bin Abdulla Al-Ravas bildirib.

O qeyd edib ki, Ələtdə olublar və burada yaradılan imkanları əyani şəkildə görüblər: "Biz KƏŞ ölkələrindəki iş adamlarından müsbət reaksiyalar aldıq və yaxın vaxtlarda investisiya qoyuluşları həyata keçiriləcək. Azərbaycan strateji logistika mərkəzi kimi çox mühüm ölkədir. Onun bir çox beynəlxalq dəhlizlərin kəsişməsində yerləşməsi əməkdaşlığı daha da mühüm edir".

KƏŞ rəsmisi diqqətə çatdırıb ki, son iki ildə Azərbaycanla ticarət 2 dəfədən çox artıb və bu artımın davamlı olması hədəflənir.

Onun sözlərinə görə, KƏŞ ölkələrində qida təhlükəsizliyi, logistika və sənaye sektorlarında fəaliyyət göstərən şirkətlər Azərbaycana sərmayə qoymaqda maraqlıdır.

Son xəbərlər

Orphus sistemi