“İxrac Akademiyası” təlimlərə başlayır

“İxrac Akademiyası” təlimlərə başlayır Artıq 20-ə yaxın yerli şirkət əməkdaşları təlimlərdən yararlanması üçün müraciət edib
Biznes
12 Fevral , 2021 17:12
“İxrac Akademiyası” təlimlərə başlayır

Təhsil Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə ixracla məşğul olan kadrların “İxrac Akademiyası” təlimlərində iştirakı üçün müraciətlərin qəbuluna başlanılıb.

Bu barədə "Report"a AZPROMO-dan bildirilib.

Məlumatda deyilir ki, təlim layihəsinə ixracatçı şirkətlər tərəfindən böyük maraq var. Belə ki, artıq 20-ə yaxın yerli şirkət əməkdaşları təlimlərdən yararlanması üçün müraciət edib.

Layihənin məqsədi ölkənin ixrac potensialının inkişafında faydalı olan, beynəlxalq ticarət sahəsində müasir tələblərə cavab verən kadrların hazırlanmasıdır.

Son xəbərlər

Orphus sistemi