İsraildə Quba xalçaçılıq məktəbinə aid xalçalar sərgilənir

İsraildə Quba xalçaçılıq məktəbinə aid xalçalar sərgilənir İyulun 13-də İsrailin paytaxtı Təl-Əvivdəki Herbert Samuel dokunda (gəmi təmiri karxanası) “Xalça İncəsənət əsəri kimi: Sərhədlərdən uzaq. Zamansız” sərgisi tamaşaçıların ixtiyarına verilib.
Biznes
14 iyul 2022 11:28
İsraildə Quba xalçaçılıq məktəbinə aid xalçalar sərgilənir

İyulun 13-də İsrailin paytaxtı Təl-Əvivdəki Herbert Samuel dokunda (gəmi təmiri karxanası) “Xalça İncəsənət əsəri kimi: Sərhədlərdən uzaq. Zamansız” sərgisi tamaşaçıların ixtiyarına verilib.

Bu barədə "Report"a “Azərxalça” ASC-dən bildirilib.

Məlumata görə, ekspozisiyanı səhmdar cəmiyyəti Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İsraildəki nümayəndəliyi ilə birlikdə təşkil edib.

Layihə dünya incəsənətinin ayrılmaz parçası Azərbaycan mədəniyyəti, adət-ənənələri və sənətkarlığının, eləcə də dövlətdə uzun əsrlər boyu sülh şəraitində mövcud olan İsrail irsinin unikallığına həsr olunub. Təşkilatçıların dəvət etdiyi dağ-yəhudi əsilli İsrail rəssamı Rami Meirin (Rəhəmim Migirov) yaradıcılığı izləyənləri ölkənin xarakteri və rəngləri ilə tanış etməyə kömək edəcək.

Ekspozisiyada İudaikaya həsr olunmuş silsilə rəsm əsərləri, “Rami Meir Art” və “Azərxalça”nın birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında yaradılmış xalça pannoları nümayiş etdirilir. Bundan əlavə mərkəzdə “Azərxalça”da toxunmuş ənənəvi Quba xalçaçılıq məktəbinə aid xalça kolleksiyası da sənətsevərlərin diqqətinə tədim olunur.

Tədbirin açılışında Bakıda keçirilmiş Rami Meir və onun yaradıcı qrupu, “Azərxalça” yaradıcılıq qrupunun nümayəndələri və ATB-nin İsraildəki nümayəndəliyinin direktoru Cəmilə Talıbzadə iştirak ediblər.

“Meir kimi məhşur sənətkarı İsraildə qəbul etməkdən çox şadıq. İrs, adət-ənənələr və mədəniyyət, eləcə də orijinal incəsənət turistləri hər zaman cəlb edən əsas amillərdəndir və Azərbaycan sadaladıqlarımın hər biri ilə zəngindir. Biz xüsusilə Rami Meirin təsirli yaradıcılığı ilə yanaşı, yəhudi irsinə və onun Azərbaycandakı köklərinə diqqəti cəlb etməyi hədəfləyirik”, - C.Talıbzadə sərginin açılışı zamanı bildirib.

Son xəbərlər

Orphus sistemi