“Intel”də rəhbər dəyişikliyi olacaq

“Intel”də rəhbər dəyişikliyi olacaq ABŞ-ın “Intel” korporasiyasının baş direktoru Bob Svon fevralın 15-də istefaya gedəcək
Biznes
14 Yanvar , 2021 11:26
“Intel”də rəhbər dəyişikliyi olacaq
Bob Svon

ABŞ-ın “Intel” korporasiyasının baş direktoru Bob Svon fevralın 15-də istefaya gedəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan bəyanatda deyilir.

Qeyd olunur ki, şirkətin yeni baş direktoru Pet Gelsinger olacaq. Hazırda o, ABŞ-ın “Vmware” şirkətinin virtualizasiyası üçün proqram təminatının hazırlanması işinə başçılıq edir və eyni zamanda o şirkətin direktorudur.

“Intel”dən dəyişikliklərin şirkətin 2020-ci maliyyə ilinin nəticələri ilə əlaqəli olmadığı bildirilib.

B.Svon 2019-cu ilin yanvar ayından “Intel”ə başçılıq edir. Buna qədər isə yeddi ay ərzində şirkətin baş direktoru vəzifəsini müvəqqəti icra edib.

Son xəbərlər

Orphus sistemi