Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib

Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib Ötən ilin iyulunda ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşün yekunlarına dair Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
Biznes
21 aprel 2025 20:30
Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib
İlham Əliyev

Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin "Sinxua" agentliyinə müsahibəsində deyib.

İki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensialın mövcud olduğunu vurğulayan dövlətimizin başçısı vurğulayıb: “Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq”.

Son xəbərlər

Orphus sistemi