İki ölkədən Azərbaycana qurudulmuş ərik idxalı kəskin artıb

Biznes
  • 04 fevral, 2023
  • 13:30
İki ölkədən Azərbaycana qurudulmuş ərik idxalı kəskin artıb

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycan xaricdən 3,71 milyon ABŞ dolları dəyərində 1 min 244 ton qurudulmuş ərik alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 28 % azdır.

Türkiyədən 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % azdır) 515,2 ton (-54 %), İrandan 1,341 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 578,67 ton (+2,3 dəfə), Özbəkistandan 215,1 min ABŞ dolları dəyərində (-66 %) 107,21 ton (-66,3 %), Qırğızıstandan 88 min ABŞ dolları dəyərində (+91 %) 43 ton (+2,1 dəfə) və Almaniyadan 0,48 min ABŞ dolları dəyərində (-20 %) 0,05 ton (+16,7 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 81 min ABŞ dolları dəyərində (+165 dəfə) 83,35 ton (+1 042 dəfə) qurudulmuş ərik ixrac edib.

Rusiyaya 80,69 min ABŞ dolları dəyərində 83,33 ton (1 il 10 aydan sonra tədarük bərpa edilib) və Yaponiyaya 0,21 min ABŞ dolları dəyərində 0,02 ton (ilk dəfə tədarük həyata keçirilib) məhsul satılıb.

44 filmi