İsveçin müvəqqəti işlər vəkili: "Azərbaycanda aparılan islahatlar xarici sərmayənin artımı üçün imkanlar yaradır"

İsveçin müvəqqəti işlər vəkili: "Azərbaycanda aparılan islahatlar xarici sərmayənin artımı üçün imkanlar yaradır" Tomas Danestad: "Azərbaycan böyük potensiala malikdir"
Biznes
22 Noyabr , 2016 15:42
İsveçin müvəqqəti işlər vəkili: Azərbaycanda aparılan islahatlar xarici sərmayənin artımı üçün imkanlar yaradır

Bakı. 22 noyabr. REPORT.AZ/ "Bizim üçün Azərbaycan zəngin resursları olan, neft və qaz, kənd təsərrüfatı sahəsində əhəmiyyətli ölkədir. Deyə bilərəm ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları ən yaxşılardan biridir".

"Report" xəbər verir ki, bunu İsveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Tomas Danestad Bakıda İsveç şirkətinin mağazasının açılışında deyib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi Azərbaycan üçün çağırış olsa da, eyni zamanda qeyri-neft sektorunun inkişaf etdirməyə imkan verir. T.Danestad bu baxımdan İsveç şirkətlərinin öz töhfəsini verdiyini qeyd edib: "Azərbaycanda aparılan islahatlar xarici sərmayənin artımı üçün imkanlar yaradır. Buna bariz nümunə Bakıda İsveç məişət texnikası mağazasının açılmasıdır".

T.Danestad Azərbaycanın böyük potensiala malik olduğunu söyləyib: "İsveç şirkətləri və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etməsinə şadam".

İsveçli diplomat onu da vurğulayıb ki, yeni ilə qədər Azərbaycan və İsveç arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında daha əvvəl imzalanmış saziş qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi