İran səfiri: "Azərbaycan regionda xarici investisiyaları cəlb etməkdə lider ölkədir"

İran səfiri: "Azərbaycan regionda xarici investisiyaları cəlb etməkdə lider ölkədir" Bu ilin sonuna qədər Azərbaycanın iqtisadiyyat nazirinin İrana səfəri gözlənilir
Biznes
10 Noyabr , 2016 11:37
İran səfiri: Azərbaycan regionda xarici investisiyaları cəlb etməkdə lider ölkədir

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda keçirilən "Azərbaycanda və İranda investisiya imkanları" mövzusunda konfrans davam edir. "Report"un məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə deyib ki, bu konfrans hər iki ölkənin qarşılıqlı investisiya yatırımına böyük təsir göstərəcək. 

"Azərbaycan regionda xarici investisiyaları cəlb etməkdə lider ölkədir. Biz Azərbaycanın bu təcrübəsini öyrənməkdə maraqlıyıq. İranla Azərbaycan arasında dörd böyük müştərək investisiya layihəsi var. Onlardan biri dərman zavodunun tikintisi ilə bağlıdır. Bununla bağlı artıq hər iki ölkənin başçısı göstəriş verib. Biz Azərbaycanla əməkdaşlıqdan məmnunuq. Azərbaycan və İran arasında heç bir siyasi problem yoxdur. Regionda elə bir ölkə yoxdur ki, prezidentləri son üç il ərzində yeddi dəfə görüşsün", - deyə səfir qeyd edib. 

Onun sözlərinə görə, gələn ay İranın Urmiya vilayətinin valisi Azərbaycana, ilin sonuna qədər isə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfər edəcək.

Konfranda çıxış edən İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) Xarici İnvestisiyalar Departamentinin direktor müavini Əkbər Qəhrəmani bildirib ki, ölkəsində xarici investorların fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb: "Biz xarici və yerli investorlar arasında fərq qoymuruq. Bu günə qədər xarici investorlar İrana 8 mlrd. dollardan çox vəsait yatırıb. İstər inqilabdan sonra, istər indi İran investorlar üçün çox sərfəlidir".

Son xəbərlər

Orphus sistemi