İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz" - YENİLƏNİB

İbrahim Məmmədov: "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz" - YENİLƏNİB İlk xəbər saat 22:10-da verilib
Biznes
8 Aprel , 2020 23:03
İbrahim Məmmədov: Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz - YENİLƏNİB

İlk xəbər saat 22:10-da verilib

"Xarici istehsalçılar tibbi maskanı baha satır. Yerli idxalçılar da onlardan məhsulu baha alaraq ölkəyə gətirir və satışa çıxarır". 

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bununla belə, ölkə daxilində sadə tibbi maskanın qiyməti 30 qəpikdən baha ola bilməz: "Çünki idxalçılarla dövlət arasında razılaşma var. İdxal və  satış qiymətləri arasındakı fərqli Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ödəyir". 


***

İ.Məmmədov onu da bildirib ki, bu günlərdə Sumqayıtda maska istehsalı müəssisəsinin istifadəyə verilməsi maska satışında möhtəkirlik hallarının qarşısını alıb: "Tibbi maskanı satmayaraq gizlədən və baha satmağa çalışan şəxslər var idi. Artıq onların bazarı bağlanıb. "Bakı Tekstil Fabriki" MMC-yə məxus maska istehsalı müəssisəsi hazırda hər gün 120 min maska istehsal edir. Müəssisənin tam gücü ilə işə düşməsi üçün müəyyən müddət lazımdır. Amma bu gün ölkədə 5 milyon maska ehtiyatı var".

Qeyd edək ki, hazırda hər gün ölkənin apteklərinə 450 min maska paylanılır. 

Son xəbərlər

Orphus sistemi