“Honda” 2040-cı ildən ancaq elektromobillər satacaq

“Honda” 2040-cı ildən ancaq elektromobillər satacaq Yaponiyanın “Honda” avtokonserni 2040-cı ilədək özünün yeni elektromobillərini və yanacaq elementli nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağı planlaşdırır
Biznes
24 Aprel , 2021 06:19
“Honda” 2040-cı ildən ancaq elektromobillər satacaq

Yaponiyanın “Honda” avtokonserni 2040-cı ilədək özünün yeni elektromobillərini və yanacaq elementli nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Nikkei” qəzeti bildirib.

Qeyd edilir ki, avtokonsern yeni modellərin hazırlanılmasına altı il ərzində təxminən 5 trilyon ien (təxminən 46,3 milyard ABŞ dolları) ayırmaq niyyətindədir.

Eyni zamanda “Honda” 2020-ci ildə 4,45 milyon nəqliyyat vasitəsi istehsal edib. Bu nəqliyyat vasitələrində yanacaq elementli avtomobillərin və elektormobillərin payı 1 %-dən az olub.

Yaponiya hökuməti ötən ilin sonlarında istilikxana qazlarının tullantılarının ixtisarının yeni planını bəyənib. Plan əsasən 2030-cu illərin ortasında tamamilə benzin və dizel avtomobillərinin istehsalından imtinanı hədəf seçib.

Son xəbərlər

Orphus sistemi