Gürcüstanın Azərbaycandan mineral məhsul idxalının dəyəri 8 illik maksimuma çatıb

Biznes
  • 20 dekabr, 2023
  • 11:08
Gürcüstanın Azərbaycandan mineral məhsul idxalının dəyəri 8 illik maksimuma çatıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 431,5 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, son 8 ildə eyni dövr üçün ən yüksək göstəricidir və 2022-ci ilin 11 ayı ilə müqayisədə 0,4 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən 70 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,965 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 27 % azdır.

2023-cü ilin 11 ayı ərzində Gürcüstan Rusiyadan 712,4 milyon ABŞ dolları, Ermənistandan 216 milyon ABŞ dolları, Rumıniyadan 152,3 milyon ABŞ dolları, Türkiyədən 87 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 2,964 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 483 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 1,6 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti