Gürcüstanın Azərbaycandan mineral məhsul idxalına çəkdiyi xərci açıqlanıb
- 26 noyabr, 2024
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 326 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 14 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 18,7 % payla 2-ci yerdə qərarlaşıb.
Təkcə oktyabrda Gürcüstan Azərbaycandan 29,5 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb. Bu, bir il əvvələ nisbətən 43 % azdır.
Bu ilin 10 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 741 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 1,4 % azdır. Gürcüstan Rusiyadan 636 milyon ABŞ dolları, Bolqarıstandan 136 milyon ABŞ dolları, Rumıniyadan 134 milyon ABŞ dolları, Türkiyədən 118 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.