Gürcüstan Azərbaycandan içki və tütün alışını 28 dəfə artırıb

Biznes
  • 20 oktyabr, 2023
  • 09:52
Gürcüstan Azərbaycandan içki və tütün alışını 28 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 12,23 milyon ABŞ dolları dəyərində içki və tütün idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 28 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana içki və tütün tədarük edən ölkələr (80) sırasında 5-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 413 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bu da bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur.

O cümlədən, Gürcüstan Ermənistandan 204,2 milyon ABŞ dolları dəyərində, Türkiyədən 47,1 milyon ABŞ dolları dəyərində, İndoneziyadan 26,85 milyon ABŞ dolları dəyərində, Çilidən 20,65 milyon ABŞ dolları dəyərindən məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 246 milyon ABŞ dolları dəyərində içki və tütün alıb ki, bunun da 666 min ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 4,5 dəfə artıb.

44 filmi