G20 ölkələrinin ticarət nazirləri COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı videokonfrans şəklində görüş keçirəcəklər.
“Report” xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyinin sözçüsü Qao Fenq mətbuat konfransında bildirib.
Görüşdə dəvət olunan dövlətlərin və aidiyyatı beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi də diqqətə çatdırılıb.