Prezidentin nümayəndəsi: "Naxçıvanda azad iqtisadi mühit yaradılır"

Prezidentin nümayəndəsi: "Naxçıvanda azad iqtisadi mühit yaradılır" "Naxçıvan artıq azad iqtisadi zonaya çevrilir. Sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".
Biznes
26 May , 2023 11:12
Prezidentin nümayəndəsi: Naxçıvanda azad iqtisadi mühit yaradılır
Fuad Nəcəfli

"Naxçıvanda azad iqtisadi mühit yaradılır, sahibkarlar və investorlar üçün yeni üfüqlər açılır".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mayın 26-da Naxçıvanda keçirilən "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" konfransında deyib.

O bildirib ki, Zəngəzur dəhlizin reallaşdırılması Naxçıvanın logistika mərkəzi kimi imkanlarını daha da artıracaq.

Səlahiyyətli nümayəndə söyləyib ki, bu kontekstdə Naxçıvanda yeni enerji layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq: "Həmçinin sahibkarlığa və sahibkarlara dəstək mexanizmi prioritet sahə kimi diqqətdə saxlanılacaq.

Əlbəttə Türkiyə ilə yeganə quru yolu Naxçıvan üçün Zəngəzur dəhlizinin perspektivlərini daha da artırır".

Son xəbərlər

Orphus sistemi