“Ford”un ABŞ satışları 33 % azalıb

“Ford”un ABŞ satışları 33 % azalıb Bu ilin avqust ayında “Ford” şirkətinin ABŞ-dakı satışları ötən ilin eyni dövrü ilə müqayisədə 33,1% azalaraq 124,176 minə enib.
Biznes
3 Sentyabr , 2021 12:08
“Ford”un ABŞ satışları 33 % azalıb

Bu ilin avqust ayında “Ford” şirkətinin ABŞ-dakı satışları ötən ilin eyni dövrü ilə müqayisədə 33,1 % azalaraq 124,176 minə enib.

“Report” bu barədə "Anadolu" agentliyinə istinadən xəbər veirr.

Hesabat dövründə “Ford”un yük maşınlarının satışı 29,4 %, SUV modellərinin satışı 25,3 %, avtomobil satışları isə 86 % azalıb.

Bundan başqa, ABŞ avtomobil istehsalçısı General Motors (GM), ABŞ, Kanada və Meksikadakı 8 fabrikində çip problemi səbəbi ilə istehsalı azaldacağını açıqlayıb.

Qeyd edək ki, koronavirus pandemiyası müddətində avtomobil sektoru da daxil olmaqla bir sıra sektorlarda davam edən qlobal çip tədarükü problemi istehsalda fasilələrə səbəb olub.

Konsaltinq şirkəti “AlixPartners”in hesablamalarına görə, çip problemi 2021-ci ildə qlobal avtomobil sənayesinə 110 milyard ABŞ dolları zərər vurması gözlədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi