“Ford” pilotsuz taksilər istifadəyə verəcək

“Ford” pilotsuz taksilər istifadəyə verəcək ABŞ-ın avtomobil nəhəngi “Ford” şirkəti pilotsuz texnologiyaların yaradıcısı “Argo Al”la birlikdə taksi xidməti üzrə onlayn-servis olan “Lyft”in müştəriləri üçün pilotsuz taksilər istifadəyə verəcək.
Biznes
112
22 İyul , 2021 09:37
“Ford” pilotsuz taksilər istifadəyə verəcək

ABŞ-ın avtomobil nəhəngi “Ford” şirkəti pilotsuz texnologiyaların yaradıcısı “Argo Al”la birlikdə taksi xidməti üzrə onlayn-servis olan “Lyft”in müştəriləri üçün pilotsuz taksilər istifadəyə verəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu ilin sonuna kimi Mayami, 2022-ci ilin – Ostin şəhərlərinin sakinləri yeni nəqliyyatdan istifadə edəcək.

Məlumata görə, avtomobil parkında ən azından 100 pilotsuz taksi olacaq. Onların sayının yaxın 5 ildə 10 dəfəyə kimi artırılması hədəflənir.

“Lyft” öz növbəsində “Argo Al”ın 2,5 % səhmlərini əldə edəcək və istifadəçilərin səfərləri barədə məlumatları təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi