ETSN sənəd dövriyyəsinin elektronlaşması hesabına 500 ağacın kəsilməkdən xilas olmasına nail olub

ETSN sənəd dövriyyəsinin elektronlaşması hesabına 500 ağacın kəsilməkdən xilas olmasına nail olub Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2026-cı ilə qədər digər alternativ və hüquqi sənədələrin verilməsində elektron formaya keçməyi hədəfləyir.
Biznes
4 Sentyabr , 2024 15:45
ETSN sənəd dövriyyəsinin elektronlaşması hesabına 500 ağacın kəsilməkdən xilas olmasına nail olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2026-cı ilə qədər digər alternativ və hüquqi sənədlərin verilməsində elektron formaya keçməyi hədəfləyir.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək:

“Bundan başqa əlavə requlyativ fəaliyyət göstərmədən öz satınalmalarımıza diqqət etməyə çalışırıq. Satınaldığımız məhsulların “Ekofriendly” olmasına diqqət yetiririk. Bir sıra hallarda bunu təchizatçılarımızdan tələb edirik”.

R. Həsənov vurğulayıb ki, 2018-ci ildən elektron sənəd dövriyyəsinin tətbiq edilməsindən bu günə 4 milyon səhifədən ibarət sənədi biz çap etmədən emal etməyə nail olmuşuq: "Bu təxminən 500 ağacın kəsilməkdən xilas olması deməkdir".

Son xəbərlər

Orphus sistemi