Estoniyadan Azərbaycana kərə yağı tədarükü bərpa edilib
- 02 mart, 2023
- 05:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ildə Azərbaycan 99,7 milyon ABŞ dolları dəyərində 17 min 295 ton kərə yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 26 % çoxdur.
Yeni Zelandiyadan 42,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 6 min 467 ton (+4,8 %), İrandan 26,7 milyon ABŞ dolları dəyərində (+15 dəfə) 6 min 64 ton (+14 dəfə), Ukraynadan 7,3 milyon ABŞ dolları dəyərində (-51 %) 1 min 201 ton (-58 %), Finlandiyadan 5,5 milyon ABŞ dolları dəyərində (+25 %) 946 ton (+19 %), Belarusdan 5,55 milyon ABŞ dolları dəyərində (-40 %) 830 ton (-52 %) məhsul gətirilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Gürcüstandan (25 min ABŞ dolları dəyərində 5 ton) tədarük həyata keçirilib. İki ilin tamamında Estoniyadan (26,5 min ABŞ dolları dəyərində 5 ton) tədarük bərpa edilib.
Hesabat dövründə Azərbaycan 9,4 milyon ABŞ dolları dəyərində (+7,4 dəfə) 1 min 433 ton (+5,6 dəfə) kərə yağı ixrac edib. Azərbaycan bu məhsulu ancaq Rusiyaya satıb. 2021-ci ildə isə tədarük yalnız ABŞ və İraqa həyata keçirilib.