Engelberger: “İki illik fasilədən sonra Azərbaycanda sərgiyə qayıtmaqdan məmnunuq”

Biznes
  • 01 iyun, 2022
  • 13:49
Engelberger: “İki illik fasilədən sonra Azərbaycanda sərgiyə qayıtmaqdan məmnunuq”

"Almaniya maşın istehsalçıları assosiasiyası (Verband Deutscher Maschinen- und Anlagenbau - VDMA) iki illik fasilədən sonra Azərbaycanda keçirilən neft-qaz sərgisinə qayıtmaqdan məmnumdur".

Bunu “Report”a VDMA-nın nümayəndəsi Olaf Engelberger bildirib.

“Koronavirus pandemiyasının səbəb olduğu iki illik fasilədən sonra Bakıya qayıtmaqdan və burada keçirilən sərgidə iştirak etməkdən məmnunuq. Sərgi çox gözəl keçir”, - Engelberger deyib.

Onun sözlərinə görə, assosiasiyaya üzv şirkətlərin istehsal etdiyi texnikadan neft-qaz sektorunda da istifadə edilir. VDMA-ya daxil olan 3500-dək şirkətin bir milyondan çox işçisi var.

Xatırladaq ki, bu gün Bakı Enerji Həftəsi işə başlayıb. Enerji sənayesində cari meyilləri nəzərə alaraq, Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Bakı Enerji Forumunu əhatə edir.

Sərgilərdə və forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir.

44 - Tezliklə