Elnur Allahverdiyev: “Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir”

Elnur Allahverdiyev: “Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir” Azərbaycanda taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir.
Biznes
12 İyun , 2023 14:12
Elnur Allahverdiyev: “Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir”

Azərbaycanda taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir.

"Report" xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda “Uber”in fəaliyyəti Türkiyədə qadağan olunub. Bu, bir reallıqdır”, - E. Allahverdiyev qeyd edib.

Deputat bildirib ki, digər tərəfdən qonşu Gürcüstanda paytaxtda bir "Bolt" fəaliyyət göstərir: “Biz də bu qaydadan istifadə edib, 3-5 taksi aqreqatorunu ədalətli rəqabətə cəlb edə bilərik".

Deputat Tahir Mirkişili isə E.Allahverdiyevin bu fikrinə cavab olaraq bildirib ki, yeni hazırlanan qanunda da bu məhdudiyyət nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi