Əfqanıstan məhsullarından ibarət ilk partiya Azərbaycana çatıb.
“Report”un Əfqan mediasına istinadən verdiyi məlumata görə, yüklər Türkmənistandan keçməklə gəlib.
Məlumatda deyilir ki, yüklərin 115 tonu mərmərdən ibarət olub. Bu məqsədlə təntənəli tədbir keçirilib və Əfqanıstan Kommersiya Nazirliyinin nümayəndələri və iş adamları iştirak edib.
"Bu yeni marşrut Azərbaycan bazarlarını Əfqanıstan üçün açacaq və iki ölkə arasındakı ticarət əməkdaşlığını gücləndirəcək", - məlumatda deyilir.
Azərbaycan