Dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin bazar dəyəri artıb

Dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin bazar dəyəri artıb Bu ilin noyabr ayında beynəlxalq fond bazarlarında dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin səhmləri bahalaşıb.
Biznes
14 Dekabr , 2020 11:37
Dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin bazar dəyəri artıb

Bu ilin noyabr ayında beynəlxalq fond bazarlarında dünyanın 10 aparıcı müdafiə və aviasiya şirkətinin səhmləri bahalaşıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkətlərin bazar dəyərinin artması əsasən koronavirus (COVID-19) pandemiyası əleyhinə peyvəndlə bağlı müsbət xəbərlər, ABŞ-dakı prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliyin azalması, qlobal iqtisadiyyatın bərpasına dair nikbinliklə bağlıdır.

Ötən ay səhmləri bahalaşan şirkətlər İtaliyanın "Leonardo" (48,2%), ABŞ-ın "Boeing" (45,9%), Fransanın "Airbus" (40,2%), “Thales” (37,9%), ABŞ-ın “Raytheon Technologies” (32), Böyük Britaniyanın “BAE Systems” (27%), ABŞ-ın “L3 Harris Technologies” (19,2%), “General Dynamics” (13,7%), “Northrop Grumman” (4,3%), “Lockheed Martin” (4,2%) şirkətləridir.

Bununla belə, ilin əvvəli ilə müqayisədə “Leonardo” 42%, “Boeing” 35,3%, “Airbus” 32,8%, “Raytheon Technologies” 23,9%, “Thales” 16,7%, “General Dynamics” 15,3%, “Northrop Grumman” 12,1%, “Lockheed Martin” 6,3%, “L3 Harris Technologies” isə 3% dəyərdən düşüb.

Son xəbərlər

Orphus sistemi